9 aprel 2011 00:01
Ramiz Məmmədov üçün ciddi itki
Azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası bu gün keçiriləcək Qazaxıstan Superliqasının “Jetısu” ilə səfər oyununda ən aparıcı oyunçusu və kapitanı Andrey Travinin xidmətindən yararlana bilməyəcək.
Buna isə Məmmədovun ən çox etibar etdiyi futbolçunun sarı vərəqə limitini doldurmasıdı. Çünki Travin geridə qalan 5 oyunda 4 sarı vərəqə almaqla, cəzalı duruma düşüb. Məhz bu üzdən o, bu gün “Jetısu” ilə çətin qarşılaşmada həmyerlilərimizin komandasına kömək edə bilməyəcək.
