8 aprel 2011 12:14
Arif Əsədov: Neftçi Mahiri almağa hazırlaşmır
“Neftçi”nin baş məşqçisi Arif Əsədov millimizin üzvü Mahir Şükürovun “Neftçi”yə keçidi haqda gəzən söhbətlərə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Mahir hazırda “Neftçi”nin məşqlərində iştirak etsə də, biz onunla müqavilə bağlamağa hazırlaşmırıq. Transfer pəncərəsi açılanda onu heyətimizə qatacağımızı desələr də, burda onun alınmasından söhbət gedə bilməz”.
