9 aprel 2011 13:14
“Heç kim Azərbaycan yığmasına penalti vurmaq istəmirdi”
İsveçrə yığmasının sabiq yarımmüdafiəçisi Murat Yakın DÇ-98-in seçmə mərhələsinin Bakıdakı oyununu xatırlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının millimizə uduzduğu, özünün isə penaltini vura bilmədiyi görüşlə bunları dilə gətirib:
“Penalti təyin olunandan sonra heç kim nöqtəyə yaxınlaşmaq istəmirdi. Nəticədə məsuliyyəti mən öz üzərimə götürməli oldum. Hər şeyi düş etmişdim. Qapıçı bir küncə uzandı, mən isə digər tərəfi nişan almışdım. Ancaq təəssüf ki, top dirəkdən döndü”.
