11 aprel 2011 00:05
Almaniya çempionatı Bayer Borussia ilə fərqi azaldır (YENİLƏNİB)
Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Autsayderlər qrupunda qərarlaşan “Eintracht” dogma meydanda heç də yaxşı günlərini yaşamayan “Werder”i qəbul edib. Tərəflərin hərəyə 1 qola sevindiyi qarşılaşma heç-heçə ilə yekunlaşıb. Meydan sahibləri türkiyəli futbolçu Xəlil Altıntopun avtoqolu ilə yenik duruma düşsə də, sonradan cavab qolunu vurmağı bacarıblar.
İkinci oyun günündə isə həm lider, həm də son çempionun xal itkisi ilə əlamətdar olub. Dortmund "Borussia"sı "Hamburger"ə yenilgidən son saniyələrdə yaxa qurtarıb. Münhen "Bayern"i isə "Nurnberg" ilə dueldə qələbəni əldən verməsinə üzülüb.
Son oyun günündə iki qarşılaşma baş tutub. Son pillədə qərarlaşan "Borussia" doğma meydanda "Cologne" üzərində böyükhesablı qələbəyə sevinib. Liderin əsas izləyicisi "Bayer" də turu qələbə ilə başa vuraraq, liderin xal itkisindən maksimum yararlanıb.
Almaniya Bundesliqası
29-cu tur
8 aprel
Eintracht – Werder – 1:1
Qollar: Fenin, 83 – X.Altıntop, 58-öz qapısına.
9 aprel
Freiburg - Hoffenheim - 3:2
Qollar: Şuster, 23, Sisse, 60-pen, Butşer, 78 - İbişeviç, 34, Babel, 43.
Hamburger - Borussia (Dortmund) - 1:1
Qollar: Van Nistelroy, 37-pen - Blaşikovski, 90.
Hannover - Mainz - 2:0
Qollar: Konan Ya, 45-pen, Pinto, 59.
Nurnberg – Bayern - 1:1
Qollar: İqler, 60 - Müller, 5.
Schalke - Wolfsburg - 1:0
Qollar: Jurado, 76.
Stuttgart - Kaiserslautern - 2:4
Qollar: Kuzmanoviç,26-pen, Poqrebnyak, 39 - Lakiç, 17; 79, Hoffer, 68, Riviç, 87.
10 aprel
Borussia (Münhenqladbax) - Cologne - 5:1
Qollar: Aranqo, 29, Reus, 34; 39, Dims, 65-pen, Norveyt, 67 - Novakoviç, 50.
Bayer - St. Pauli - 2:1
Qollar: Kislinq, 66, Bender, 77 - Takyi, 58.
| 1 | Borussia D | 29 | 20 | 6 | 3 | 59 | - | 18 | 66 |
| 2 | Bayer | 29 | 18 | 7 | 4 | 59 | - | 35 | 61 |
| 3 | Hannover | 29 | 17 | 2 | 10 | 42 | - | 40 | 53 |
| 4 | Bayern M | 29 | 15 | 7 | 7 | 61 | - | 35 | 52 |
| 5 | Mainz | 29 | 14 | 3 | 12 | 43 | - | 37 | 45 |
| 6 | Nurnberg | 29 | 12 | 7 | 10 | 43 | - | 38 | 43 |
| 7 | Hamburger | 29 | 12 | 6 | 11 | 44 | - | 45 | 42 |
| 8 | Freiburg | 29 | 12 | 5 | 12 | 38 | - | 41 | 41 |
| 9 | Schalke | 29 | 11 | 6 | 12 | 34 | - | 33 | 39 |
| 10 | Hoffenheim | 29 | 9 | 10 | 10 | 44 | - | 42 | 37 |
| 11 | Cologne | 29 | 10 | 5 | 14 | 39 | - | 54 | 35 |
| 12 | Kaiserslautern | 29 | 9 | 7 | 13 | 40 | - | 46 | 34 |
| 13 | Werder | 29 | 8 | 10 | 11 | 39 | - | 55 | 34 |
| 14 | Eintracht | 29 | 9 | 6 | 14 | 29 | - | 39 | 33 |
| 15 | Stuttgart | 29 | 8 | 6 | 15 | 49 | - | 54 | 30 |
| 16 | Wolfsburg | 29 | 6 | 10 | 13 | 32 | - | 42 | 28 |
| 17 | St.Pauli | 29 | 8 | 4 | 17 | 30 | - | 51 | 28 |
| 18 | Borussia M | 29 | 7 | 5 | 17 | 43 | - | 63 | 26 |
