9 aprel 2011 14:00
Mahir Şükürov yığmamızdan imtina etdi
Mahaçqala klubuna məxsus olsa da, artıq bu komandayla yollarını ayıran və “Neftçi”nin düşərgəsində hazırlıq keçən Mahir Şükürov Azərbaycan yığmasından imtina edib. Azerisport.az xəbər verir ki, onun bu qərarı müvəqqəti xarakter daşıyır və hazırda klubsuz olması səbəbindən qəbul edilib.
Hazırda sadəcə formasını qorumaqla məşğul olan, oyun praktikasından əziyyət çəkən milli üzvü əsas komandaya lazımı dərəcədə kömək edə bilməyəcəyini əsas gətirərək müvəqqəti taym-aut götürməyə üstünlük verib. Hansı ki, Belçika ilə səfər oyununda da o, elə də fəal təsir bağışlamamışdı.
Şükürovun bu qərarı isə onun AÇ-2012-nin seçmə mərhələsinin qarşıdakı Qazaxıstan (3 iyun, Аstana) və Almaniya ilə oyunları (7 iyun, Bakı) buraxmasına səbəb olacaq.
