9 aprel 2011 14:21
Hakimlər Komitəsinin əndrəbadi siyasəti davam edir
Hakimlər Komitəsi Premyer Liqanın26-cı turunun bir oyunun hakimlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qurum saat 15:00-da start götürəcək "Turan" - "Qəbələ" oyununu idarə edəcək ədalət təmsilçilərinin adlarını açıqlayıb.
Lakin maraqlıdı ki, öz qəribə addımlarıyla diqqət çəkən Xaqani Məmmədovun idarə etdiyi komitə yenə eyni saatda başlanacaq digər matçın – “Simurq” – MOİK qarşılaşmasının hakimlərinin adını açıqlamağa ehtiyac duymayıb. Hələlik günün digər və əsas qarşılaşması olan “İnter” – “Neftçi” oyununun da ədalət təmsilçiləri açıqlanmır.
Premyer Liqa
26-cı tur
9 aprel (şənbə)
Turan - Qəbələ
Hakimlər: Ceyhun Haşımov, Mehman Mahmudov, Elşən Durmuşov, Rasim Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz. Şəhər stadionu. Saat 15:00
