9 aprel 2011 14:33
Simurq – MOİK oyununa da təyinatlar açıqlandı
Hakimlər Komitəsi Premyer Liqanın 26-cı turunun daha bir oyununa təyinatları açıqlayıb. Azerisport.az xəbər verir ki, bir qədər öncə "Turan" - "Qəbələ" görüşünə təyinartları açıqlayan qurum eyni saatda başlayacaq "Simurq" - MOİK oyununu idarə edəcək hakimləri gizli saxlamışdı.
Xaqani Məmmədovun idarə etdiyi komitənin Peşəkar Futbol Liqasıyla birgə həyata keçirdiyi bu dahiyanə siyasətin (eyni saatda başlayacaq oyunlara təyinatların 15-20 dəqiqə fasilə ilə açıqlanmasını) nə dərəcədə faydalı olduğunu dəqiq bilmirik. Amma Zaqatalada baş tutacaq autsayderlərin duelini idarə edəcək hakimlərlə sizi də tanış etmək imkanımız var.
Premyer Liqa
Premyer Liqa
26-cı tur
9 aprel (şənbə)
Simurq - MOİK
Hakimlər: Əliyar Ağayev, Azad Q. Hüseynov, Munis Abdullayev, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala. Şəhər stadionu. saat 15:00
