9 aprel 2011 15:57
Qarabağ Xəzər Lənkəran`la oyuna hazırdı
“Qarabağ” Premyer Liqanın 26-cı turunun “Xəzər Lənkəran”la oyununa hazırdı. Azerisport.az xəbər verir ki, sabah cənub klubunu qəbul edəcək Ağdam təmsilçisi son məşqini edərək oyun saatını gözləməyə başlayıb.
Oyunqabağı sonuncu məşq Suraxanı qəsəbə stadionunda baş tutub. Saat 12:00-da baş tutan məşq 1 saat davam edib. Məşqin ardından komandamız yenidən məskunlaşdığı otelə qayıdaraq oyun saatını gözləməyə başlayıb.
Xatırladaq ki, “Qarabağ” – “Xəzər Lənkəran” oyunu aprelin 10-da, saat 16:00-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.
