9 aprel 2011 16:57
Çempionla liderin oyunu Həmzəyevə həvalə olundu
Hakimlər Komitəsi Premyer Liqanın 26-cı turunun bu günə nəzərdə tutulan son oyununun da hakimlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qurum birinci altılıqda mübarizə aparan "İnter"lə "Neftçi"nin oyununu Əfqan Həmzəyevə tapşrıbı.
Qeyd edək ki, bu qarşılaşmada FİFA referilərindən birinin təyinatı gözlənilsə də, qurum məhz Həmzəyevin idarəçiliyinə üstünlük verib.
Premyer Liqa
26-cı tur
9 aprel (şənbə)
İnter - Neftçi
Hakimlər: Əfqan Həmzəyev, Elman Musayev, Habil Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. "Şəfa" stadionu. Saat 17:00.
