9 aprel 2011 18:08
Ramil Əliyev: Qələbəni Azərbaycan ordusuna həsr edirik
Premyer Liqanın 26-cı turunda "Simurq" doğma meydanda MOİK-i qəbul etdi. Azerisport.az xəbər verir ki, səfərdə 2:1 hesabı ilə qalib gələn "hərbçilər" aradakı xal fərqini azaltdılar. Qarşılaşmadan sonra komandanın baş məşqçisi Ramil Əliyev qazandıqları qələbə ilə bağlı bunları dilə gətirib:
“Maraqlı qarşılaşma oldu, gərgin mübarizənin şahidi olduq. Buraya 3 xal üçün gəlmişdik, qalib gəlməyə layiq idik. Vaxtında qolumuzu vurduq, ikinci topdan sonra üstünlük əldə etdik. Qələbəyə görə şadam, komandamı təbrik edirəm. Bu qələbəni Azərbaycan ordusuna həsr edirik".
