9 aprel 2011 18:12
Haciyevski: Günahımı boynuma alıram
Premyer Liqanın 26-cı turu çərçivəsində dogma meydanda MOİK-ə uduzan “Simurq”un baş məşqçisi Qyoko Haciyevski 1:2 hesablı yenilgini şərh edib. Azerisport.az xəbər verir ki, o, matçla bağlı bunları dilə gətirib:
"MOİK-i qələbə münasibəti ilə təbrik edirəm. Uşaq səhvləri buraxdıq. Müdafiəçilərimiz erkən qol buraxdı, psixoloji tarazlığı itirdik. İkinci hissədə isə künc zərbəsindən sonra ikinci qolu buraxdıq, oyunumuz alınmadı. Məğlubiyyətdə ilk növbədə baş məşqçi günahkardır, mən öz günahımı boynuma alıram. Rəhbərlik etdiyim komandada hər hansı bir oyunçunun səhvini boynuna almasını görməmişəm".
