9 aprel 2011 18:24
Toni Adams Tovuz stadionundan şikayətləndi
Premyer Liqanın 26-cı turunda Tovuza səfər edən "Qəbələ" yerli "Turan"la oyunda meydanı qalib tərk etdi - 2:0. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Toni Adams oyunu belə şərh edib:
"Stadionun vəziyyəti yaxşı deyildi. Bu cür meydanda yaxşı oyun göstərmək olmaz. Futbolun inkişafı üçün müvafiq meydançalar olmalıdı. "Turan" Azərbaycanın köklü, tarixi olan klublarından biridi".
