9 aprel 2011 19:01
Foqts: Mahiri həmin oyunlara çağırmayacağam
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Mahir Şükürova dəvət göndərməyəcək. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, yığmanın qarşıdakı görüşlərinə çağırılmasını istəməyən Şükürovun bu istəyini yerinə yetirəcək.
“Mən dünən Mahir Şükürovla söhbətləşdim. O, mənə dedi ki, müvəqqəti taym-aut götürmək istəyir. Bunda problem görmürəm. Almaniyadakı tibbi müayinə zamanı o heyətdə olmayacaq. Həmçinin Qazaxıstan və Almaniya ilə oyunlarda da iştirak etməyəcək”.
