9 aprel 2011 19:27
Sxadadze mətbuat konfransına gəlməkdən imtina etdi
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyunundan sonra mətbuat konfransına qatılmaqdan imtina edib. Azerisport.az xəbər verir ki 1:1 hesabıyla başa çatan görüşdən sonra gürcü mütəxəssis hakimliyə etiraz əlaməti olaraq, belə addım atmağa qərar verib.
Qeyd edək ki, qarşılaşmanın böyük hissəsində hesabda öndə olan “bankirlər” yalnız son dəqiqələrdə penaltidən vurulan qolla qələbəni əldən verdilər. Sxadadze isə hakimin penalti qərarının düzgün olmadığını iddia edir. Yeni qaydalara əsasən, mətbuat konfransların ancaq baş məşqçilər qatılmalıdı. Gürcü mütəxəssisin bu addımı onun cəzalanması ilə nəticələnəcək.
