9 aprel 2011 18:52

Neftçi ilə İnter sülhlə ayrıldı (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 26-cı turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günü daha çox çempionatın hazırkı lideri “Neftçi”nin son çempion “İnter”lə oyunu ilə əlamətdar olub.
 
Hesabı çempion açsa da, hazırkı lider son dəqiqələrdə penalti sayəsində bərabərlik qolunu vura bilib. Digər iki qarşılaşma isə son iki pillədə qərarlaşan və Premyer Liqanı tərk etməyə əsas namizədlər olan MOİK-lə “Simurq”, eləcə də ikinci altılığın digər iştirakçıları “Turan” və “Qəbələ” arasında baş tutacaq. MOİK gözlənilməz, "Qəbələ" gözlənilən qələbəyə imza atıb.
 
Premyer Liqa
26-cı tur
9 aprel (şənbə)
 
İNTER - NEFTÇİ - 1:1 (1:0)
Qol: Poşkus, 2 (1:0), Flavinyo, 86-pen (1:1)
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
Neftçi erkən qola üzülür. Müdafiəçilərin kobud səhvindən yararlanan Poşkus ideal ötürməni qolla tamamlayır - 1:0
8. Poşkus az qala ikinci qolu da vuracaqdı. Lakin zərbəsi dəqiq alınmadı
"İnter" oyuna daha fəal başlayıb
12. "Neftçi"nin ilk cavabı Rəşad Abdullayevdən gəlir. Onun uzaqdan zərbəsini Lomaya zərərsizləşdirir
14. Nasimov Abışovun ötürməsini baş zərbəsiylə qapıya ünvanlasa da, dəqiq olmur
17. Mjavanadze Flavinyoya qarşı kobud oyuna görə sarı vərəqə alır
18. Flavinyo ayağa qalxdıqdan sonra Despotovskiyə qarşı idmançıya yaraşmayan hərəkət edərək, onu zədələyir. Lakin hakim bu epizodu cavabsız qoyur. Meydanda buna görə gərginlik yaşanır
21. Abışovun cərimə zərbəsi nəticəsiz qalır
28. Nasimovun aşırma zərbə vurmaq istəyi alınmır
29. Həmin epizodda topun ondan çixmamasına etiraz edən Lomaya sarı vərəqə alır
29. Künc zərbəsindən sonra Bahodirin zərbəsi üstdən keçir
32. "Neftçi"də erkən əvəzləmə. Arif Əsədovu Araz Abdullayevi Emil Mpenza ilə dəyişir
32. Rövşən Əmiraslanovun ikinci qolu vurmasına Rauf Mehdiyev mane olur
Poşkus zədələndiyindən oyunda qısa fasilə yaranır
38. "Neftçi" hesabı bərabərləşdirməyə yaxın idi. Mpenzanın qapıya zərbəsi azacıq fərqlə çölə çıxdı
40. Flavinyonun baş zərbəsi üstdən keçir
43. Nasimovun zərbəsini Lomaya zərərsizləşdirir
İlk yarıya 2 dəqiqə əlavə olunur
Çertoqanovun zərbəsini Mehdiyev tutur
Abışovun təhlükəli zərbəsi qolla nəticələnmədi
Birinci hissə başa çatır
İkinci hissə başladı
50. Nasimovu Cavid Hüseynov əvəzlədi
"Neftçi" təzyiqi artırsa da, "İnter" hələ ki, müdafiə oluna bilir
Mpenza rəqibi əla əks-hücumda yaxalayıb, Cavidə əla ötürmə versə də, sonuncunun zərbəsini qapıçı tutur
Əmiraslanovun fəqlənməsinə son anda Mehdiyev mane ola bilir
67. Obikadzeni Arif Daşdəmirov əvəzlədi
"İnter" hələ ki, "Neftçi"nin təzyiqlərinə dözür və əks-hücumlara bel bağlayır
Matçın 75-ci dəqiqəsində yenidən futbolçular əlbəyaxa döyüşə çıxırlar
Maraqlıdı ki, Əfqan Həmzəyev bu dəfə də heç kimə sarı vərəqə göstərmədi
78. Arif Əsədov Alessandronun əvəzində Mirhüseyn Seyidovu meydana buraxır
83. Əmiraslanovu Petar Zlatinov əvəzlədi
85. Mjavanadze cərimə meydançasında Georgiyevskinin zərbəsini əllə aldığı üçün penaltiyə səbəb olur
85. Mjavanadze ikinci sarı vərəqə alaraq meydandan qovulur
86. Flavinyo penaltidən dəqiq yararlanır - 1:1
87. Despotovskini Danildo Assioli əvəzləyir
Matç başa çatdı
 
SİMURQ - MOİK - 1:2 (0:1)
Qollar: Azər Həşimov, 43 (0:1), Tural İsgəndərov, 58 (0:2), Elvin Yunusov, 61 (1:2).
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
"Simurq" ilk dəqiqələrdən hücuma atılıb
Samir Əliyevin zərbəsində azca dəqiqlik çatışmır
Meydan sahibləri üçün daha bir əla şans. Əli Bağırovun zərbəsi zamanı qapı çatı qonaqları qoldan xilas edir
MOİK öz qapısına çəkilərək, əks-hücumlara üstünlük verir
Əliyevin daha bir zərbəsi dirəyin yanından keçir
Vurmayana vurarlar prinsipi işə düşür və əks hücumların birində qonaqlar hesabı açırlar - 0:1
Birinci hissə başa çatır
İkinci hissə başladı
Əliyevin qonaqların qapısına endirdiyi çox təhlükəli zərbə qolla nəticələnmir
"Hərbçilər" İsgəndərovun qolu sayəsində meydan sahiblərini ikinci dəfə cəzalandırırlar - 0:2
Elvin Yunusov meydan sahiblərini ümidləndirən qola imza atır - 1:2
Yunusovun hesabı bərabərləşdirmək üçün də imkanı olur. Lakin o, bu şansdan yararlana bilmir
Meydan sahibləri tam üstün olsa da, bunu hesabda əks etdirə bilmir
Matç başa çatdı
 
TURAN - QƏBƏLƏ - 0:2 (0:0)
Qol: Saşa Yunisoğlu, 61 (0:1), Deon Barton, 85 (0:2).
Tovuz. Şəhər stadionu.
 
Oyun başladı
Qonaqların hücumçusu Deon Bartonun zərbəsi yan keçir
Meydan sahiblərində isə Qontanın cavab zərbəsi dəqiq olmur
"Qəbələ" üstünlüyə tam yiyələnərək oyuna nəzarət edir
Birinci hissə başa çatır
İkinci hissə başladı
Fasilədən sonra üstünlük "Turan"ın əlinə keçib
Meydan sahibləri iki yüz faizli qol imkanını boşa verir
Saşa Yunisoğlu qonaqları hesabda önə keçirir - 0:1
Qoldan sonra "Qəbələ" yenidən üstünlüyü ələ alıb
Qonta hesabı bərabərləşdirmək şansına malik olsa da, yararlana bilmir
Deon Barton fərqi artırır - 0:2
Matç başa çatdı
 
Hesabat turunun digər 3 qarşılaşması isə sabah keçiriləcək: Gəncə - Muğan, Qarabağ - Xəzər Lənkəran, AZAL – Bakı.
 
1
Neftçi
26
16
8
2
45-11
56
2
Xəzər Lənkəran
25
14
7
4
29-14
49
3
Qarabağ
25
15
3
7
33-16
48
4
AZAL
25
11
9
5
29-17
42
5
İnter
26
12
6
8
26-21
42
6
Bakı
25
9
8
8
29-23
35
 
1
Qəbələ
26
10
9
7
25-17
39
2
Muğan
25
8
7
10
18-26
31
3
Gəncə
25
5
10
10
24-30
25
4
Turan
26
6
6
14
20-37
24
5
Simurq
26
3
6
17
15-40
15
6
MOİK
26
2
5
19
9-50
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.