9 aprel 2011 16:55
Ramiz Məmmədov yenə məğlubiyyətə üzüldü (YENİLƏNİB)
Bu gün Qazaxıstan çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” səfərdə “Jetısu”nun qonağı olub.
Geridə qalan 5 oyunda cəmi 1 qələbə qazanıb, ikisində də uduzan Məmmədovun yetirmələrini kifayət qədər ciddi sınaq gözləyirdi. Çünki “Jetısu” “Aktobe” ilə birgə Superliqanın zirvəsini bölüşürdü. Keçirdiyi oyunlardan yalnız birində uduzub, qalanlarında qələbə qazanan bu komanda ilə görüşdə “Atırau”nun şansları aşağı olsa da, hər halda sürpriz gözləyənlər də var. Lakin meydan sahibləri həmyerlimizin komandasına heç bir şans yeri qoymayıb və asan qələbə qazanıb.
Qeyd edək ki, Ramiz Məmmədovlu “Atırau” hazırda 5 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Qazaxıstan Superliqası
6-cı tur
9 aprel
JETISU - ATIRAU - 2:0 (2:0)
Qollar: Harabara, 4, Miksimov, 45.
