9 aprel 2011 11:55

Elnur Abdullayev: Qarabağ`a uduzsaq, çempionluğu unutmalıyıq

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev azerisport.az saytına müsahibəsində komandasının “Qarabağ”la oyun öncəsi şanslarını dəyərləndirib və yığma komandamızdan danışıb.
 
- “Qarabağ”la oyundan nə gözləyirsiz?
- Bu, heç də adi oyun olmayacaq. Biz başa düşürük ki, XL son vaxtlar çox xal itirib. Bütün komanda ancaq qələbəyə köklənib. Ağdamlılarla oyun final matçı xarakteri daşıyacaq. Onsuz liderlə də xal fərqimiz 6-ya çıxıb. Bu üzdən bizə heç-heçə də sərf etmir. Başa düşürük ki, “Qarabağ” bizə asanlıqla xal verməyəcək. Ancaq biz bu oyuna hazırıq.
 
- Rəqib komandanı necə xarakterizə edərdiniz?
- “Qarabağ” ölkənin ən güclü 3 klubundan biridi. Bu komanda əla orta sahəyə malikdi. Rəşad Sadiqova böyük simpatiyam var. O, yaxşı top saxlamağı bacarır, əla və cəld ötürmələr verə bilir. Ağdamlılar çətin matçlarda qələbə qazanmağı bacarırlar. “Qarabağ” həm də azarkeşlərin ən sevimli klubudu. Odu ki, bizi gərgin mübarizə gözləyir. Özü də nəzərə almaq lazımdı ki, onlar son turda uduzublar.
 
- “Neftçi” – “Qarabağ” görüşünü izlədiz?
- Televizordan izlədim. Ağdamlılar 2 cavabsız qolla uduzsalar da, görünürdü ki, rəqibdən heç də pis oynamırlar. “Neftçi” əks-hücum futbolu oynadı. Ağdamlılar isə 90 dəqiqə boyunca hücum etdi. Sadəcə onların bəxti gətirmədi. İndi onlar qələbə qazanmaq istəyirlər. Bu üzdən bizə həm də psixoloji cəhətdən güclü olmaq lazımdı.

- Son 3 turda XL cəmi 2 xal toplaya bilib. Nə baş verir?
- Bilmirəm. Hər şey AZAL-a məğlubiyyətlə başladı. Komanda elə bil sındı. Əla oynasaq da, nəticə yoxdu. “Neftçi”yə qarşı əla oynadıq, iki xal itirdik. “Bakı” ilə oyunda hamı gördü ki, qol vardı. Təkrarda da görünür ki, oyunçumuz həmin epizodda qaydaları pozmurdu. Ancaq dedilər ki, qayda pozuntusu varmış. Bizə sadəcə oyunlara köklənmək lazımdı. Əlbəttə, əgər xal itiririksə, bunda günahkar özümüzük. XL bundan yaxşısına layiqdi. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdı. Özümüz də bilmirik nə baş verir. “Qarabağ” üzərində qələbə bizə çox kömək edər.
 
- “Qarabağ” da son turda xal itirib...
- Nəticə haqda düşünmək lazımdı. Mən razıyam ki, oyunumuz yaxşı olmasa da, nəticə əldə edək. “Qarabağ”la bizi ölüm-dirim mübarizəsi gözləyir. Hesab edirəm ki, ağdamlılara uduzsaq, çempionluğu unutmalıyıq. Ondan sonra artıq ikinci yer üçün oynamalı olacağıq. Liderlə xal fərqimiz çox böyükdü.
 
- Yığmanın baş məşqçisi Berti Foqts sizi yenidən əsas komandaya dəvət edib. Bu dəvəti gözləyirdiz?
- Mən oynayıram və daimi məşq edirəm ki, formada qalım. Əgər Foqts hesab edirsə, yığmanın düşərgəsində olmalıyam, onda bu toplanışda iştirak etməyə borcluyam. Baş məşqçinin işi millini yaxşı futbolçulardan təşkil etməkdi. Mən də öz üzərimdə işləməkdə davam edirəm ki, əsas komandamıza da kömək edə bilim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.