12 aprel 2011 00:01
Türkiyə çempionatı: Beşiktaş turu qələbəylə başa vurdu (YENİLƏNİB)
Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Son çempion “Bursaspor” dogma meydanda “Antalyaspor”la qarşılaşıb və gözlənilməz yenilgiylə üzləşib. Ötən tur “Galatasaray”ı darmadağın edən bu komanda bu dəfə də Bursada sensasiyaya imza atıb.
İkinci oyun günündə isə daha çox çempionluq üçün mübarizə aparan "Fenerbahçe"nin səfərdə "Eskişehirspor"la dueli ilə yaddaqalan olub. Hesabı meydan sahibləri açsa da, sonradan 3 qol vuran "sarı-lacıvərdlilər" əzmkar qələbəyə seviniblər.
Üçüncü oyun günündə isə çempionluq uğrunda mübarizə aparan "Trabzonspor" səfərdə "Galatasaray"ın qonağı olub. Qarşılaşmada vurulan yeganə qol trabzonlulara vacib 3 xal qazandırıb və onlar yenidən zirvədəki mövqelərini möhkəmləndiribər.
Nəhayət, turun qapanış matçında "Beşiktaş" səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılaşma "qara-qartallar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə Superliqası
28-ci tur
8 aprel
Bursaspor – Antalyaspor – 2:3
Qollar: Altidor, 45, Miller, 65 – Uğur İnceman, 59; 74, Necati Ateş, 67.
9 aprel
Bucaspor - Karabükspor - 2:1
Qollar: Jibril, 20, Əli Kuçik, 35 - Çernat, 13-pen.
Konyaspor - Manisaspor - 0:0
Eskişehirspor - Fenerbahçe - 1:3
Qollar: Batuhan, 8 - Caner, 10, Nyanq, 14, Semih, 87.
10 aprel
Gaziantepspor - Ankaragücü - 3:2
Qollar: Adin, 58, Tosun, 61; 76 - Raynox, 66, Cek, 88.
İstanbul BB - Sivasspor - 1:2
Qollar: Holosko, 64 - Pedriel, 36, Kılıç, 60,
Genclerbirliği - Kayserispor - 4:1
Qollar: Pektemek, 26, Zek, 62, Jedinak, 89, Demir, 90 - Bilgin, 68.
Galatasaray - Trabzonspor - 0:1
Qol: B.Yılmaz, 82.
11 aprel
Kasımpaşa - Beşiktaş - 0:1
Qol: Almeyda, 44.
| 1 | Trabzonspor | 28 | 20 | 6 | 2 | 56 | - | 21 | 66 |
| 2 | Fenerbahce | 28 | 20 | 4 | 4 | 65 | - | 28 | 64 |
| 3 | Bursaspor | 28 | 14 | 10 | 4 | 44 | - | 23 | 52 |
| 4 | Gaziantepspor | 28 | 14 | 7 | 7 | 39 | - | 27 | 49 |
| 5 | Kayserispor | 28 | 12 | 7 | 9 | 37 | - | 34 | 43 |
| 6 | Eskisehirspor | 28 | 11 | 9 | 8 | 32 | - | 30 | 42 |
| 7 | Besiktas | 28 | 12 | 6 | 10 | 42 | - | 32 | 42 |
| 8 | Istanbul BB | 28 | 11 | 4 | 13 | 35 | - | 35 | 37 |
| 9 | Karabukspor | 28 | 10 | 7 | 11 | 42 | - | 44 | 37 |
| 10 | Manisaspor | 28 | 11 | 3 | 14 | 39 | - | 43 | 36 |
| 11 | Antalyaspor | 28 | 9 | 9 | 10 | 30 | - | 36 | 36 |
| 12 | Genclerbirligi | 28 | 9 | 7 | 12 | 35 | - | 42 | 34 |
| 13 | Ankaragucu | 28 | 8 | 9 | 11 | 40 | - | 48 | 33 |
| 14 | Galatasaray | 28 | 10 | 3 | 15 | 29 | - | 38 | 33 |
| 15 | Sivasspor | 28 | 8 | 7 | 13 | 35 | - | 47 | 31 |
| 16 | Bucaspor | 28 | 6 | 6 | 16 | 22 | - | 43 | 24 |
| 17 | Kasimpasa | 28 | 5 | 5 | 18 | 26 | - | 57 | 20 |
| 18 | Konyaspor | 28 | 3 | 9 | 16 | 20 | - | 40 | 18 |
