9 aprel 2011 12:19
Kamran Ağayev Qarabağ`a qarşı oynayacaq
"Xəzər Lənkəran" Premyer Liqanın 26-cı turunun sabah baş tutacaq "Qarabağ"la prinsipial oyununa ikinci qapıçı ilə çıxmayacaq. Azerisport.az xəbər verir ki, buna bir neçə gün xəstəlik səbəbindən məşq edə bilməyən Kamran Ağayevin sağalması şərait yaradıb.
Artıq məşqlərdə iştirak edən kapitan "Qarabağ"la oyunda meydanda olacaq. Lakin buna baxmayaraq, istənilən halda "Xəzər Lənkəran" meydana itkilərlə çıxacaq. Belə ki, Elvin Beqiri qripə yoluxduğundan matçı buraxmalı olacaq. Stelian Stanku və Ruslan Poladov isə zədə səbəbindən kənarda qalacaq.
