9 aprel 2011 00:44
Xəzər Lənkəran üçün yeni məkan
Premyer liqanın 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” yeni oteldə məskunlaşıb. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi bundan sonra Bakı səfərləri zamanı dünyanın ən məşhur brendlərindən olan beş ulduzlu “Ramada” otelində yerləşəcək.
Xatırladaq ki, “Qarabağ” – “Xəzər Lənkəran” qarşılaşması aprel ayının 10-da, saat 16:00-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutaacaq.
