9 aprel 2011 00:58
Qarabağ XL-la, Neftçi İnter`lə oyunun favoritidi
“Topaz” bukmeker kontoru Premyer Liqanın 26-cı turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsallarını açıqlayıb. Azerisport.az xəbər verir ki, milli idman-mərc oyunları qurumu elita təmsilçilərinin şanslarını aşağıdakı kimi dəyərləndirib.
Maraq üçün qeyd edək ki, bu turun mərkəzi görüşü “Qarabağ” və “Xəzər Lənkəran” arasında baş tutacaq ki, ağdamlılar sözügedən görüşdə müəyyən qədər şanslı hesab olunur. “Neftçi” isə son çempion “İnter”lə səfər matçının favoritidi. “Bakı”nın səfərdə AZAL-a qalib gəlmək şansının az qiymətləndirilməsi də diqqət çəkir.
Premyer Liqa
26-cı tur
SİMURQ – МОİK (1,55 – 3,20 – 5,00)
TURAN – QƏBƏLƏ (2,50 – 2,80 – 2,50)
İNTER – NEFTÇİ (2,80 – 3,00 – 2,15)
GƏNCƏ – MUĞAN (1,80 – 3,00 – 3,75)
QARABAĞ – XƏZƏR LƏNKƏRAN (2,10 – 3,30 – 2,70)
АZАL – BAKI (1,70 – 3,20 – 4,00)
