11 aprel 2011 01:38
İtaliya çempionatı: Milan izləyiciləri ilə xal fərqini qorudu (YENİLƏNİB)
İtaliya A Seriyasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq ilk oyun günündə iki qarşılaşma baş tutub.
Ötən tur “Milan”a uduzan son çempion “İnter” bu dəfə “Chievo”nu qəbul edib və 2 cavabsız qolla qələbə qazanıb. “Roma” isə səfərdə əsas rəqiblərindən olan “Udinese”nin qonağı olub və çox vacib qələbəyə imza atıb.
İkinci oyun gününün ilk matçında "Juventus" doğma meydanda növbəti qələbəsini qazanıb. "Napoli" isə səfərdə "Bologna" üzərindəki qələbə sayəsində ikinci pilləyə yüksələrək, "Milan"la xallarını sayını bərabərləşdirib. "Lazio" isə "Parma" səddini itkisiz keçib. Ən maraqlı nəticə "Palermo" - "Cesena" qarşılaşmasında qeydə alınıb. Meydan sahibləri 2:0 öndə olduğu, rəqib komandanın 3 futbolçusunun meydandan qovulduğu görüşün əlavə olunan vaxtında 2 qol buraxaraq, qələbəni əldən veriblər. Nəhayət, turun qapanış matçında "Milan" səfərdə "Fiorentina" üzərindəki qələbə sayəsində liderliyini qoruyub.
İtaliya A Seriyası
32-ci tur
9 aprel
Inter – Chievo – 2:0
Qollar: Kambyasso, 66, Maykon, 84.
Udinese – Roma – 1:2
Qollar: Di Natale, 88 – Totti, 57-pen; 90+4.
10 aprel
Juventus - Genoa - 3:2
Qollar: Rossi, 50-öz qapısına, Matri, 63, Toni, 83 - Bonuççi, 7-öz qapısına, Flores, 57.
Bari - Catania - 1:1
Qollar: Qatsi, 33 - Lopes, 44.
Bologna - Napoli - 0:2
Qollar: Maskara, 30, Hamşik, 45-pen.
Cagliari - Brescia - 1:1
Qollar: Kossu, 22 - Karaççyolo, 61.
Lazio - Parma - 2:0
Qollar: Ernanes, 22, Flokkari, 77.
Palermo - Cesena - 2:2
Qollar: Kurtiç, 5, Pinilya, 36 - Parolo, 90+1, Qyaççerini, 90+6.
Sampdoria - Lecce - 1:2
Qollar: Makkarone, 69 - Di Mişele, 39, Olivera, 66.
Fiorentina - Milan - 1:2
Qollar: Varqas, 80 - Zeedorf, 8, Pato, 41.
| 1 | Milan | 32 | 20 | 8 | 4 | 56 | - | 23 | 68 |
| 2 | Napoli | 32 | 20 | 5 | 7 | 52 | - | 30 | 65 |
| 3 | Inter | 32 | 19 | 6 | 7 | 58 | - | 35 | 63 |
| 4 | Lazio | 32 | 17 | 6 | 9 | 41 | - | 29 | 57 |
| 5 | Udinese | 32 | 17 | 5 | 10 | 57 | - | 34 | 56 |
| 6 | Roma | 32 | 15 | 8 | 9 | 49 | - | 44 | 53 |
| 7 | Juventus | 32 | 14 | 9 | 9 | 50 | - | 40 | 51 |
| 8 | Palermo | 32 | 13 | 5 | 14 | 47 | - | 52 | 44 |
| 9 | Cagliari | 32 | 12 | 7 | 13 | 38 | - | 37 | 43 |
| 10 | Fiorentina | 32 | 10 | 12 | 10 | 38 | - | 35 | 42 |
| 11 | Bologna | 32 | 11 | 10 | 11 | 34 | - | 42 | 40 |
| 12 | Genoa | 32 | 10 | 9 | 13 | 31 | - | 37 | 39 |
| 13 | Chievo | 32 | 8 | 12 | 12 | 30 | - | 34 | 36 |
| 14 | Catania | 32 | 9 | 9 | 14 | 30 | - | 41 | 36 |
| 15 | Lecce | 32 | 9 | 7 | 16 | 35 | - | 53 | 34 |
| 16 | Sampdoria | 32 | 7 | 11 | 14 | 26 | - | 36 | 32 |
| 17 | Parma | 32 | 7 | 11 | 14 | 30 | - | 45 | 32 |
| 18 | Cesena | 32 | 7 | 10 | 15 | 29 | - | 45 | 31 |
| 19 | Brescia | 32 | 7 | 9 | 16 | 28 | - | 40 | 30 |
| 20 | Bari | 32 | 4 | 9 | 19 | 20 | - | 47 | 21 |
