10 aprel 2011 14:07
Gəncə - Muğan matçına təyinatlar açıqlandı
AFFA Hakimlər Komitəsi Premyer Liqanın 26-cı turunun bu günə nəzərdə tutulan ilk oyununun hakimlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Gəncə" - "Muğan" matçında Elçin Məmmədovun rəhbərlik etdiyi hakimlər korpusu təyinat alıb.
Qeyd edək ki, bu günə daha iki qarşılaşma olsa da, hələlik onların hakim təyinatları gizli saxlanılır.
Premyer Liqa
26-cı tur
10 aprel
Gəncə - Muğan
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fuad Həsənov
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Rüfət Hüseynov
Gəncə şəhər stadionu. Saat 15:00
