10 aprel 2011 15:09
Qarabağ - XL dueli FİFA referisinə tapşırıldı
AFFA Hakimlər Komitəsi Premyer Liqanın 26-cı turunun bu günə nəzərdə tutulan daha bir oyununun hakimlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qurum "Qarabağ" - "Xəzər Lənkəran" matçına FİFA referisi Fariz Yusifovun rəhbərlik etdiyi hakimlər korpusunu göndərməyi qərara alıb.
Qeyd edək ki, bu günə daha bir qarşılaşma olsa da, hələlik AZAL – “Bakı” matçına hakim təyinatları açıqlanmır.
Premyer Liqa
26-cı tur
10 aprel (bazar)
Qarabağ - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00.
