10 aprel 2011 02:46
FİFA rəsmiləri Bakı və Lənkərandan razı qalıb
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, qızlardan ibarət U-17-lər arasında Bakıda keçiriləcək DÇ-2012-nin təşkilati işləri ilə maraqlanmaq üçün ölkəmizə səfər edən FİFA nümayəndələri paytaxtımızda və Lənkərandakı otellərdən, eləcə də yollardan razı qalıblar. AFFA rəsmisi azerisport.az saytına müsahibəsində bu haqda aşağıdakıları söyləyib:
“Onlar daha çox Bakıdakı otellərin vəziyyəti ilə maraqlandılar. Həmçinin Lənkərana getdilər. Razı qaldıqlarını görmək mümkün idi. Heç bir problem də olmadı ki, onla bağlı irad bildirsinlər. Əlbəttə, kiçik çatışmazlıqlar da olsa belə, onları aradan qaldıracağıq. Ümumiyyətlə, FİFA rəsmiləri bu dəfəki səfərlərindən də razı qayıtdılar”.
