12 aprel 2011 01:54
İspaniya çempionatı: Zaragoza`dan vacib qələbə (YENİLƏNİB)
İspaniya La Liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında “Real” səfərdə “Athletic”i darmadağın edib. Lider “Barcelona” isə evdə “Almeria”nı məğlubiyyətə uğradaraq, əsas izləyicisinin xal fərqini əritməsinə imkan verməyib. “Mallorca” və “Sevilla” isə xal bölgüsünə üstünlük verib.
İkinci oyun günü isə "Valencia" ilə "Villareal"ın dueli ilə yaddaqalan olub. Valensiyalılar doğma meydanda əsas izləyicisi olan bu rəqibinə 5 cavabsız qol vuraraq, mühüm qələbə qazanıb.
Nəhayət, turun qapanış matçında elitada qalmaq uğrunda mübarizə aparan klublardan "Getafe" səfərdə əsas izləyicisi "Zaragoza"nın qonağı olub. Meydan sahiblərinə bu görüşdə mütləq qələbə qazanmaq lazım idi ki, onlar bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarıblar.
İspaniya La Liqası
31-ci tur
9 aprel
Athletic –Real – 0:3
Qollar: Kaka, 14-pen; 54-pen, Ronaldo, 70.
Barcelona – Almeria – 3:1
Qollar: Messi, 53-pen, 90, Alkantara, 64 – Korona, 50.
Mallorca – Sevilla – 2:2
Qollar: Yenaqa, 16, Quzman, 43 – Neqredo, 31-pen, Rakitiç, 68.
10 aprel
Hercules - Espanyol - 0:0
Malaga – Deportivo - 0:0
Racing - Levante - 1:1
Qollar: Nano, 32-öz qapısına - Jorda, 90.
Sporting - Osasuna - 1:0
Qol: Barral, 65.
Atletico - Real Sociedad - 3:0
Qollar: Filip, 12, Suares, 45, Aquero, 79.
Valencia - Villarreal - 5:0
Qollar: Soldado, 14; 75, Mata, 56; 73, Baneqa, 62,
11 aprel
Zaragoza - Getafe - 2:1
Qollar: Ponzio, 15, Bertolo, 35 - Kaskero, 45.
| 1 | Barcelona | 31 | 27 | 3 | 1 | 85 | - | 16 | 84 |
| 2 | Real Madrid | 31 | 24 | 4 | 3 | 72 | - | 22 | 76 |
| 3 | Valencia | 31 | 18 | 6 | 7 | 51 | - | 35 | 60 |
| 4 | Villarreal | 31 | 16 | 6 | 9 | 48 | - | 36 | 54 |
| 5 | Sevilla | 31 | 13 | 7 | 11 | 48 | - | 46 | 46 |
| 6 | Athletic Bilbao | 31 | 14 | 3 | 14 | 47 | - | 45 | 45 |
| 7 | Atletico Madrid | 31 | 13 | 6 | 12 | 48 | - | 41 | 45 |
| 8 | Espanyol | 31 | 14 | 2 | 15 | 38 | - | 43 | 44 |
| 9 | Mallorca | 31 | 11 | 6 | 14 | 33 | - | 42 | 39 |
| 10 | Levante | 31 | 11 | 6 | 14 | 34 | - | 41 | 39 |
| 11 | Gijon | 31 | 9 | 11 | 11 | 29 | - | 35 | 38 |
| 12 | Santander | 31 | 9 | 10 | 12 | 31 | - | 45 | 37 |
| 13 | Real Sociedad | 31 | 11 | 2 | 18 | 40 | - | 54 | 35 |
| 14 | Osasuna | 31 | 9 | 8 | 14 | 36 | - | 37 | 35 |
| 15 | Deportivo | 31 | 8 | 11 | 12 | 25 | - | 40 | 35 |
| 16 | Getafe | 31 | 9 | 7 | 15 | 42 | - | 51 | 34 |
| 17 | Zaragoza | 31 | 8 | 9 | 14 | 31 | - | 44 | 33 |
| 18 | Hercules | 31 | 8 | 6 | 17 | 28 | - | 48 | 30 |
| 19 | Malaga | 31 | 8 | 6 | 17 | 39 | - | 62 | 30 |
| 20 | Almeria | 31 | 5 | 11 | 15 | 32 | - | 54 | 26 |
