10 aprel 2011 18:16
“Komandamdan və bugünkü nəticədən razıyam”
Premyer Liqanın 26-cı turunda səfərdə "Gəncə" ilə qarşılaşan "Muğan" 1:1 hesablı heç-heçəyə nail oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra qonaq komandanın çalışdırıcısı Bəhmən Həsənov matçla bağlı bunları dilə gətirib:
“İlk növbədə Mehman Allahverdiyevi baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. İşini bilən adamdı. Meydanın və hava şəraitinin əlverişsiz olması oyunumuza təsir etdi. Hesabı açsaq da, üstünlüyü qoruyub saxlaya bilmədik. Komandamdan və bugünkü nəticədən razıyam. "Gəncə" klubuna uğurlar arzulayıram. Elçin Məmmədov peşəkar hakimdi. Köməkçilərinin gənc olmasına baxmayaraq, onların bugünkü qərarlarından razı qaldım".
