10 aprel 2011 18:20
Mehman Allahverdiyev: İkinci hissədə daha yaxşı oynadıq
"Gəncə"nin baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 26-cı turunun “Muğan”la ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, qərb klubunun sükanı arxasında ikinci oyunundan da eyni hesabla (1:1) ayrılan təcrübəli mütəxəssis Salyan təmsilçisi ilə görüşdəki xal itkisini belə izah edib:
"Maraqlı oyunun şahidi olduq. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Komandamda hücumçu çatışmamazlığı olduğunu gördüm. İlk hissədə iki hücumçu ilə oynadıq. İkinci hissədə daha yaxşı oynadıq, üstünlük əldə etdik. Hakimlərə uğurlar arzulayıram".
