10 aprel 2011 18:28
Qurbanov Qurbanov lənkəranlı azarkeşlə dalaşdı
Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qarabağ” və “Xəzər Lənkəran” arasındakı oyununda qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, oyun başa çatdıqdan sonra lənkəranlı fanatlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və Rəşad Sadıqova tərəf qışqıraraq bunları bildirib: “Nə üçün “Neftçi”yə qarşı belə oynamadız”?
Nəticədə tərəflər arasında qalmaqal yaranıb və Qurbanov bu azarkeşlə dalaşaraq, onu vurub. Qalmaqal zamanı “Qarabağ”ın məşqçisinin yumruq zərbəsi təsadüfən Sadıqovun üzünə dəyib.
Qeyd edək ki, qarşılaşmanın son dəqiqəsində baş hakim Fariz Yusifovun qonaq komandanın futbolçusu Dieqo Souzanı ikinci sarı vərəqə ilə meydançadan qovması zamanı da kiçik münaqişə yarandı. Buna etiraz edən lənkəranlı azarkeşlərin meydançaya daş, şüşə qab və yanar fişənglər atması matçın müvəqqəti dayanmasına səbəb olub.
