10 aprel 2011 18:38
Mirça Rednik: Heç-heçə ədalətli nəticə idi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 26-cı turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçədən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu, iki güclü komandanın oyununu izlədik. Həm "Qarabağ", həm də "Xəzər Lənkəran" qələbə üçün oynadı. Komandaların qol imkanları oldu, qapıçılar çox yaxşı oynadı. "Qarabağ" və "Xəzər Lənkəran" qalib gəlmədi, "Neftçi" qazandı. Komandamı təbrik edirəm, hələ hər şey itirilməyib. Qarşıda altı tur var. Düşünürəm ki, oyunun nəticəsi ədalətli idi. Hakimlik də normal idi. Dieqoya verilən qırmızı vərəqəni haqlı sayıram”.
