10 aprel 2011 18:41
Qurbanov: Hələ xal qazanmalı olduğumuz daha 6 oyun var
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı qolsuz heç-heçədən sonra bunları dilə gətirib:
“Hər iki komanda yaxşı oynadı. Sürətli oyun alındı. Bu görüşdə sadəcə qol çatışmırdı. Qarşıda hələ xal qazanmalı olduğumuz daha 6 oyun var. Bu oyunun mübahisəli məqamlarını bir daha baxışdan keçirmək lazımdı”.
