10 aprel 2011 20:30
Starkov: Belə oyunda qələbə qazanmaq daha yaxşı olardı
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 26-cı turunun AZAL ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, minimal hesabla uduzduqları bu görüşlə bağlı bunları dilə gətirib:
"Çox baxımlı oyun oldu, azarkeşlər üçün də maraqlı keçdi. Belə oyunda qələbə qazanmaq daha yaxşı olardı. Bir çox qol imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. AZAL klubunu təbrik edirəm".
