11 aprel 2011 00:04
AZAL və Neftçi`nin turu və ya Bakı`dan əlvida çempionluq
Premyer Liqada daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, hesabat turunda bir sıra maraqlı nəticələr qeydə alınsa da, demək olar ki, ciddi bir dəyişikliyə səbəb olmadı.
Bu mənada bütün diqqətlər xüsusilə “Qarabağ” – “Xəzər Lənkəran” matçına yönəlmişdi. Məlum olduğu kimi, bir gün öncə lider “Neftçi” son çempion “İnter”lə paytaxt derbisində xal itirdiyindən əsas izləyicilərindən biri mütləq qələbə qazanaraq, bundan yararlanmalı idi. Lakin heç-heçə də qeydə alına bilərdi ki, belədə aradakı xal fərqinin azalması yox, olduğu kimi qalmasının şahidi ola bilərdik. Bu isə daha çox elə “Neftçi”nin işinə yaramış olacaqdı.
İlk iki dövrədəki duellərdən birində XL, digərində isə “Qarabağ” qələbə qazanmışdı. Ancaq məhz belə vacib məqamda, qələbənin hava-su kimi lazım olduğu anda onlar bu şansdan yararlana bilmədi. Tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, sonda ən çox sevinən “Neftçi” oldu. Ən azı ona görə ki, lider izləyiciləri ilə aradakı xal fərqini qoruyub-saxlamış oldu. Digər tərəfdən bu qolsuz heç-heçə müəyyən mənada XL üçün də sevindirici ola bilər. Hər halda cənublular səfərdə oynayırdı və Lənkəranda bu rəqiblə növbəti dueldə qələbə qazanmaq şanslarını saxlayırlar.
Bu heç-heçədən ən çox itirən isə şübhəsiz ağdamlılar oldu. Görünür, elə qarşılaşmadan sonra yaranan qalmaqal zamanı baş məşqçi Qurban Qurbanovun lənkəranlı azarkeşlə əlbəyaxa döyüşə çıxacaq dərəcədə özündən çıxmasına da məhz bu səbəb olub. Baxmayaraq ki, kifayət qədər təmkinli olan gənc mütəxəssisi belə özündən çıxaran başqa amillərin olması da şübhə doğurmur. Yeri gəlmişkən, oyun günü onun cənub təmsilçisindəki həmkarı Mirça Rednik də növbəti ad gününü qeyd edirdi. Rumıniyalı mütəxəssisin yetirmələri belə bir gündə onu qələbə ilə sevindirə bilməsə də, hər halda mümkün məğlubiyyətlə də üzmədilər.
Daha bir maraqlı görüş iki paytaxt təmsilçisi – AZAL və “Bakı” arasında baş tutdu. “Təyyarəçilər”in Şüvəlandakı yeni stadionunda baş tutan görüş cari mövsüm kifayət qədər inamlı təsir bağışlayan Nazim Süleymanovun komandası üçün uğurlu alındı. Qarşılaşmadakı yeganə qolun müəllifi olan Gennadi Bliznyuk həm də AZAL-ın bu stadiondakı ilk topuna imza atmaqla tarixə düşdü. Tarixi qarşılaşmada qazanılan 3 xal meydan sahiblərinin medal və avrokuboklara düşmək şansını da artırmış oldu.
Əvəzində "Bakı"nın çempionluq ümidləri rəsmən bitdi. Aleksandr Starkovun çalışdırdığı paytaxt klubu AZAL-a uduzmaqla nəzəri şanslarının da üstündən rəsmən xətt çəkmiş oldu. Qeyd edək ki, ölkə kubokunun son qalibi "altılıq" mərhələsində hələ qələbə qazanmayıb. AZAL-a məğlubiyyət isə paytaxtın eyniadlı klubunun lider "Neftçi" ilə xal fərqini 21-ə çatdırdı. Belə olan halda, "Bakı" qarşıdakı 6 turda qələbə qazansa belə, çempion olmaq şansı olmayacaq.
Nəhayət, son oyun gününün daha bir qarşılaşması Gəncədə eyniadlı komandayla “Muğan” arasında baş tutdu ki, Salyan klubu bu rəqibi ilə duellərdə uğur qazana bilmirdi. Bu dəfəki qarşılaşmada hesabı məhz salyanlılar açsa da, sonradan buraxılan qol yenə Bəhmən Həsənovun komandasını qələbəyə həsrət qoydu. Lakin daha çox diqqətçəkən məqam Mehman Allahverdiyevin “Gəncə”dəki ikinci matçında da qələbəyə həsrət qalması oldu.
Premyer Liqa
26-cı tur
Gəncə - Muğan - 1:1 (0:0)
Qollar: Tagim Novruzov, 58 (0:1). Sabir Allahquliyev, 66 (1:1).
Vərəqələr: Azər Məmmədov, 20, Armand Feutçin, 23, Zura Dzamsaşvili, 49, Xəyal Mustafayev, 83 - Miloş Zeçeviç, 9, Tagim Novruzov, 70, Amil Ağacanov, 85 – sarı.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
10 aprel 2011. Gəncə. Şəhər stadionu. 1000 tamaşaçı.
Gəncə: 1. Edis Kurtanoviç, 2. Xəyal Mustafayev, 3. Vasif Haqverdiyev, 4. Azər Məmmədov (k), 8. Armand Fuetçin, 10. Ceyhun Sultanov, 13. Zura Dzamsaşvili, 20. Vüsal Hüseynov (9. Samir Abdulov, 90+1), 23. Junivan Suares, 24. Vladimir Zelenbaba, 25. Kristaps Qrebis (11. Sabir Allahquliyev, 60).
Ehtiyat oyunçular: 22. Ruslan Məcidov, 5. Mətləb Məmmədov, 15. Şahin Kərimov, 17. Renat Sultanov, 18. İbrahim Hüseynov.
Baş məşqçi: Mehman Allahverdiyev.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Tagim Novruzov, 11. Con Pelu (16. Sergey Çernışev, 90+3), 19. Zaur Əsədov (39. Hüseyn Axundov, 64), 18. Samuel Barlay, 23. George Qulordava (9. Elşən Məmmədov, 44), 26. Ekrem Hodziç, 34. Cavad Mirzəyev, 77. Reys Klaudiney.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 7. Pərvin Paşayev, 14. Fərid Həşimzadə, 17. Ravi Rəhmanov.
Məşqçi: Bəhmən Həsənov.
Qarabağ - Xəzər Lənkəran - 0:0
Vərəqələr: Vüqar Nadirov, 20 - Manuel Skarlatake, 27, Elnur Allahverdiyev, 65, Dieqo Souza, 67; 90 – sarı, Dieqo Souza, 90 – qırmızı.
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
10 aprel 2011. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 3000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 9. Elvin Məmmədov (20. Nderim Nedzipi, 68), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (77. George Adamiya, 69), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 13. Samir Abasov, 19. Andrey Rubin.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 8. Nikulae Muşat, 10. Elnur Abdullayev (5. Dieqo Souza, 46), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 18. Alim Qurbanov (17. Hristu Kyaku, 26), 27. Manuel Skarlatake, 36. Uinston Parks, 84. Julius Vobay (30. Katalin Doman, 77).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 6. Simao Bruno, 21. Adrian İordaşe, 55. Tural Cəlilov.
Baş məşqçi: Mirça Rednik.
AZAL - Bakı - 1:0 (1:0)
Qol: Gennadi Bliznyuk, 45+2.
Vərəqələr: Elvin Əliyev, 36, Usim Nduka, 90+1 - Jaba, 40, İbrahim Karqbo, 67 – sarı.
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
10 aprel 2011. Şüvəlan. AZAL stadionu. 2000 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 14. Elvin Əliyev (6. Ritus Krjauklis, 83), 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 8. Eleandro Pema (11. Zohair Benouahi, 30), 20. Gennadi Bliznyuk (17. Vüsal Qarayev, 64), 21. Mirko Bunyevçeviç, 15. Qvidas Yuska.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Tərlan Xəlilov, 16. Mensur Limani, 24. Enyo Krastovçev.
Baş məşqçi: Nazim Süleymanov.
Bakı: 1. Marko Şarliya, 3. Rafael Əmirbəyov (k), 11. Adnan Barakat (39. Ruslan Leviqa, 46), 15. Cəmşid Məhərrəmov, 18. Radomir Todorov, 27. Bəxtiyar Soltanov (12. Vyaçeslav Sofroni, 64), 30. İbrahim Karqbo, 33. Stevan Bates, 77. Aleksandar Soliç, 85. Jaba, 99. Leonardo Roşa (9. Vaqif Cavadov, 46).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 4. Vadim Borets, 7. Mahmud Qurbanov, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.
|
1
|
Neftçi
|
26
|
16
|
8
|
2
|
45-11
|
56
|
|
2
|
Xəzər Lənkəran
|
26
|
14
|
8
|
4
|
29-14
|
50
|
|
3
|
Qarabağ
|
26
|
15
|
4
|
7
|
33-16
|
49
|
|
4
|
AZAL
|
26
|
12
|
9
|
5
|
30-17
|
45
|
|
5
|
İnter
|
26
|
12
|
6
|
8
|
26-21
|
42
|
|
6
|
Bakı
|
26
|
9
|
8
|
9
|
29-24
|
35
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
26
|
10
|
9
|
7
|
25-17
|
39
|
|
2
|
Muğan
|
26
|
8
|
8
|
10
|
19-27
|
32
|
|
3
|
Gəncə
|
26
|
5
|
11
|
10
|
25-31
|
26
|
|
4
|
Turan
|
26
|
6
|
6
|
14
|
20-37
|
24
|
|
5
|
Simurq
|
26
|
3
|
6
|
17
|
15-40
|
15
|
|
6
|
MOİK
|
26
|
2
|
5
|
19
|
9-50
|
11
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)
