10 aprel 2011 19:54

Qarabağ`la XL Neftçi üçün oynadı, Şüvəlan AZAL üçün düşərli oldu (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 26-cı turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ikinci oyun günü daha çox çempionatın hazırkı lideri “Neftçi”nin əsas izləyicilərinin ikincilik savaşı ilə əlamətdar olub.
 
Belə ki, “Qarabağ” və “Xəzər Lənkəran” əsas rəqiblərinin dünənki xal itkisindən bu gün öz aralarındakı oyundan qalib ayrılmaqla yararlanmalıydı. Lakin bu komandalar sadəcə liderə sərf edən heç-heçəyə imza atıblar. Amma AZAL və “Bakı” arasındakı paytaxt derbisi də az maraq doğurmurdu. Meydan sahibləri yeni stadionlarındakı ilk qarşılaşmada qələbə qazanmağı bacarıbları
 
Premyer Liqa
26-cı tur
10 aprel
 
AZAL - BAKI - 1:0 (1:0)
Qol: G.Bliznyuk, 45+1 (1:0).
Şüvəlan qəsəbəsi, AZAL stadionu.
 
Oyun başladı
“Bakı” oyuna pis başlamayıb. Lakin matç bütövlükdə qarşılıqlı hücumlar şəraitində keçir
Roşa rəqibin cərimə meydançası həndəvərində kobudluqla dayandırılır
Jabanın cərimə zərbəsi uğursuz alınır
Viktor İbokoyinin AZAL-ı hesabda önə keçirməsinə son anda Adnan Barakat mane oldu
Tərəflərin cəhdləri hələ ki, ciddi qol vəziyyətlərinin yaranması üçün kifayət etmir
AZAL-da erkən əvəzləmə: zədələnən Eleandro Pemanı Zohair Benuahi əvəzləyir
AZAL hesabı açmağa yaxın olsa da, Şarliya son anda komandasını qoldan xilas edir
Jaba sarı vərəqə alır
Kifayət qədər sönük bir qarşılaşma keçir
İlk yarıya 2 dəqiqə əlavə olunur
AZAL çox gözəl kombinasiya quraraq Bliznyukun sayəsində qonaqların qapısına yol tapır - 1:0
Qeyd edək ki, Gennadi Bliznyuk bu qoluyla AZAL-ın, eləcə də bu yeni stadionun tarixinə düşür. Axı o, "təyyarəçilər"in bu arenadakı ilk qolunun müəllifi oldu
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı"da 2 əvəzləmə. Roşanı Vaqif, Barakatı Ruslan Leviqa əvəzləyir
Yuşka qonaqarı 2-ci dəfə cəzalandırmağa yaxın olsa da, 100 faizli qolvəziyyətini boşa verir
"Bakı"da Bəxtiyar Soltanovu Vyaçeslav Sofroni əvəzləyir
AZAL-da isə Bliznyukun əvəzində meydana Vüsal Qarayev çıxır
İbrahim Karqbo da sarı vərəqə alır
Şarliya Rafael Əmirbəyovun səhvindən sonra az qala ikinci qolu vuracaq rəqibin sevincini gözündə qoyur
Sofroni yaxın məsafədən baş zərbəsi ilə hesabı açmağa yaxın olsa da, dəqiq oynamır
Benuahinin zərbəsi isə qapının üstündən keçir
Benuahinin daha bir təhlükəli zərbəsi. Bu dəfə Şarliya komandasını qoldan xilas edir
Elvin Əliyevi Krjauklis əvəzləyir
Nduka vaxtı uzatdığına görə sarı vərəqə alır
Oyun başa çatdı
 
QARABAĞ - XƏZƏR LƏNKƏRAN - 0:0 (0:0)
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
 
Oyun başladı
XL oyuna daha fəal başladı və ilk dəqiqələrdən hücuma atılıb
Elnur Abdullayevin təhlükəli cərimə zərbəsini son anda Pavloviç barmaqlarının ucuyla kornerə çıxarır
"Qarabağ" daha çox top saxlamağa və düşünülmüş hücumlar təşkil etməyə çalışır
Oyun meydanın mərkəzində davam edir
Meydan sahiblərinin təhlükəli əks-hücumu. Əfranın asması zamanı Kamran çıxışda inamlı olmasa da, müdafiəçilər topu uzaqlaşdırmağı bacarırlar
Tərəflərin qarşılıqlı hücumları hələ ki, bəhrəsizdi
Namiq Yusifovdan qüvvətli zərbə. Kamran komandasını çətinliklə də olsa, xilas edə bilir
Künc zərbəsi zamanı isə Ağayev Admir Telinin təhlükəli baş zərbəsini barmaqlarının ucuyla yenidən kornerə çıxarır
Vüqar Nadirov Skaratakeyə qarşı kobud oyuna görə sarı vərəqə alır
Ağdamlıların gözəl hücumunun qarşısını son anda Kamran ala bilir
XL-da erkən əvəzləmə. Alim Qurbanovu Xristu Kyaku əvəzləyir
Skarlatake Raufu əllə saxladığı üçün sarı vərəqə alır
Vüqar Nadirovun təhlükəli cərimə zərbəsi qol gətirmir
Parksın qüvvətli zərbəsi nəticəsində maraqlı epizod yaşanır. Pavloviç öncə əla seyvlə topun qapıya getməsinə imkan vermir. Tirdən qayıdan topu düz xəttin üzərində ikinci cəhddə ram edir. Qonaqların qol iddialarını hakim cavabsız buraxır
Kyakunun zərbəsini Pavloviç tutur
Kamran cənubluları çox ciddi təhlükədən xilas edir və topu kornerə çıxarır
İlk hissə başa çatır
İkinci hissə başladı
XL fasilədə daha bir dəyişikliyə əl atıb. Elnur Abdullayevi Dieqo Souza əvəzləyib
Adrian Pitin zərbəsi qeyri dəqiq olur
Vobayın təhlükəli zərbəsi azca dəqiq olmur
Əfranın qüvvətli zərbəsini Kamran dəf edə bilir
Elnur Allahverdiyev Nadirova qarşı kobud oyuna görə sarı vərəqə alır
Elvin Məmmədovu Nderim Nedzipi əvəzləyir
Dieqo Souza sürətli əks-hücuma keçən Raufu yıxdığına görə sarı vərəqə alır
Vüqar Nadirovu Georgi Adamiya əvəzləyir
Təhlükəli nöqtədən cərimə zərbəsini Əfran yerinə yetirir. Lakin uğursuz olur
Əfran künc zərbəsindən sonra fərqlənmək istəyinə Kamran son anda mane olur
Nedzipinin təşkil etdiyi hücum zamanı Əfran daha bir yüzfaizli qol imkanını qaçırır
Mirça Rednikin son əvəzetməsi: Vobayı Katalin Doman əvəzləyir
Matçın tempi kifayət qədər aşağı düşüb və demək olar ki, təhlükəli vəziyyətlər yoxdu
90-cı dəqiqədə D.Souza Raufa qarşı ikinci dəfə kobud oynamalı olur və növbəti sarı vərəqəni alaraq meydandan qovulur
Matç başa çatdı
 
 
GƏNCƏ - MUĞAN - 1:1 (0:0)
Qollar: Tagim Novruzov, 51 (0:1), S.Allahquliyev, 67 (1:1)
Gəncə. Şəhər stadionu.
 
Oyun başladı
"Gəncə" oyuna daha fəal başlayıb. Lakin onların daha təhlükəli hücumlar təşkil etməsinə güclü külək mane olur
Meydan sahiblərinin heyətində Junivan Suaresin zərbəsini qapıçı dəf edir
Junivan daha bir dəfə qola yaxın olsa da, vura bilmir
Qonaqlar da arabir hücum təşkil etsə də, faydasızdı
Ceyhun Sultanov cərimə zərbəsindən qonaqları cəzalandırmağa yaxın olsa da, top dirəkdən dönür
İlk hissə başa çatdı
İkinci hissə başladı
"Gəncə" yenə oyunda üstün tərəfdi. Lakin bunu hesabda əks etdirə bilmir
Suaresin zərbəsi zamanı top qapı dirəyindən dönür
Vüsal Hüseynovun fərqlənmək şansı boşa çıxır
Tagim Novruzov qonaqları hesabda önə keçirir - 0:1
Sabir Allahquliyev hesabı bərabərləşdirir - 1:1
"Gəncə" qələbə qolunu vurmaq üçün çalışsa da, cəhdləri bəhrəsiz qalır
Matç başa çatdı
 
 
1
Neftçi
26
16
8
2
45-11
56
2
Xəzər Lənkəran
26
14
8
4
29-14
50
3
Qarabağ
26
15
4
7
33-16
49
4
AZAL
26
12
9
5
30-17
45
5
İnter
26
12
6
8
26-21
42
6
Bakı
26
9
8
9
29-24
35
 
1
Qəbələ
26
10
9
7
25-17
39
2
Muğan
26
8
8
10
19-27
32
3
Gəncə
26
5
11
10
25-31
26
4
Turan
26
6
6
14
20-37
24
5
Simurq
26
3
6
17
15-40
15
6
MOİK
26
2
5
19
9-50
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.