10 aprel 2011 11:46
Berti Foqts Mirça Redniklə görüşdü
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Redniklə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə “Xəzər Lənkəran” klubundan milli komandaya dəvət olunan futbolçuların hazırlıq səviyyəsi və digər məsələlər ətraflı müzakirə olunub.
Müzakirə olunan məsələlərlə bağlı hər iki mütəxəssisin fikirləri üst-üstə düşüb. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
