10 aprel 2011 12:05

Əfran İsmayılov: XL-la görüş Neftçi ilə oyundan çətin olacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində komandasının bu günkü “Xəzər Lənkəran”la oyunu ərəfəsində şanslarını dəyərləndirib.
 
- XL-la son oyundan qələbə ilə ayrılmışdız. Bu dəfəki qarşılaşmadan nə gözləyirsiz?
- Həmin oyundan artıq 3 ay keçib. “Xəzər Lənkəran” isə hazırda daha yaxşı oyun sərgiləyir. Ümumiyyətlə, mən onları Premyer Liqada ən güclü hesab edirəm.
 
- Onda niyə onlar birinci yerdə getmirlər?
- Düşünürəm ki, bu, onların oyunlarındakı müəyyən problemlərlə bağlıdı. Necə də olmasa çoxlu transferlər həyata keçirdilər ki, onların da tam uyğunlaşması üçün zamana ehtiyac var. Amma indi hiss olunur ki, artıq var gücləri ilə oynayırlar. Ona görə də, hesab edirəm ki, Lənkəran klubu ilə görüşümüz “Neftçi” ilə qarşılaşmadan da çətin olacaq.
 
- “Neftçi”yə məğlubiyyəti artıq unutmusuz?
- Əlbəttə, bütün fikirlərimiz artıq XL-la oyuna yönəlib. Amma əminliklə deyərdim ki, bundan əvvəlki qarşılaşmada biz məğlubiyyətə layiq deyildik. Sadəcə erkən qol bizi bir qədər geri saldı. Mənə elə gəlir ki, o, bizim üçün bir qədər gözlənilməz oldu.
 
- XL-la heç-heçə sizi qane edir?
- Biz ancaq qələbəyə oynayacağıq.
 
- Lənkəranlıların heyətində kimi daha güclü hesab edirsiz?
- Onlar əsl komanda oyunu sərgiləyirlər. Amma heyətlərində hər şeyi təkbaşına dəyişə biləcək futbolçular da var. Məsələn, Parksla Vobay. Adrian Pit də artıq tam uyğunlaşıb. Dərhal hiss olunur ki, A Seriyası təcrübəsinə malikdi.
 
- Belçika ilə oyunun heyətinə salınmadığı üçün məyus olmadınız?
- Hələ fevralda Berti Foqts məni Brüsselə apara bilməməyinin təəssüf doğurduğunu demişdi. Hər halda indi formamı bərpa etmişəm, hiss edirəm ki, daha yaxşı oynaya bilirəm. Baş məşqçi hətta bildirdi ki, mən almanlara mütləq qol vurmalıyam. Amma öncə Qazaxıstanla oyunda lazımı nəticə qazanmalıyıq. Hansı ki, bizi ancaq qələbə qane edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.