11 aprel 2011 12:58
Elvin Əliyev: Bakı`ya daha bir qol vurmağa layiq idik
AZAL-ın müdafiəçisi Elvin Əliyev Premyer Liqanın 26-cı turunun “Bakı” ilə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, bizim yeni arenamızda ilk oyunumuz idi. “Bakı” ilə oyun çox ağır alındı. Ancaq biz rəhbərliyimiz və azarkeşlərimiz qarşısında yaxşı oyun sərgiləmək istəyirdik. Birinci hissənin sonlarında ələ düşən qol imkanından maksimum yararlana bildik. Halbuki, məncə daha bir qol da vurmağa layiq idik. Lakin digər qol imkanlarımızın olmasına baxmayaraq, qələbə minimal hesablı oldu”.
