11 aprel 2011 13:35
Berti Foqts Neftçi`nin məşqində (FOTO)
Premyer Liqanın lideri "Neftçi" növbəti turun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, çempionatın 27-ci turu çərçivəsində aprelin 17-də AZAL-la qarşılaşacaq flaqman klubun bazasında məşq edib.
"Ağ-qaralar"ın hazırlığını Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib. Qeyd edək ki, məşqdə yalnız hücumçu Bahodir Nasimov iştirak edə bilməyib. Belə ki, "İnter"lə matçda zədə alan özbəkistanlı legioner məşqi kənardan izləyib. Digər zədəli futbolçu Paulius Qribauskas isə yüngül məşqlərlə kifayətlənib.
