11 aprel 2011 14:24

Sadıq Sadıqov Berti Foqtsla görüşdü (FOTO)

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün "Neftçi"nin bazasına təşrif buyurub. Azerisport.az xəbər verir ki, o, AZAL-la oyuna hazırlaşan flaqman futbolçularının məşqini izləyib.
 
Bununla yanaşı, Berti Foqts "Neftçi"nin prezidenti Sadıq Sadıqovla görüşərək, fikir mübadiləsi aparıb. Almaniyalı çalışdırıcını səmimiyyətlə salamlayan Sadıq Sadıqov belə görüşlərin vacib olduğunu söyləyib:
 
"Sizi klubumuzun bazasında görmək çox xoşdu. Bildiyiniz kimi, əsas milli komandaya, eləcə də aşağı yaş qruplarından ibarət yığmalara ən çox oyunçu verən klub "Neftçi"di. Biz xüsusilə uşaq və yeniyetmə futbolunun inkişafına böyük önəm veririk. Bu baxımdan yığma məşqçiləri ilə əməkdaşlıq, onlarla fikir mübadiləsi aparmaq gərəklidi".
 
Eyni zamanda, "Neftçi" prezidenti AFFA rəhbərliyinin məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb: "Azərbaycanda bütün idman növlərinin, o cümlədən futbolun inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA futbolumuzun inkişafı üçün səylə çalışır. Bir neçə il əvvəllə müqayisə etdikdə, istər milli komanda, istərsə də klub səviyyəsində nəticələrin yaxşılaşdığını görmək mümkündür. Yığmanın son nəticəsindən sonra baş məşqçiyə qarşı təzyiqlər var idi. Lakin buna ciddi fikir vermək lazım deyil. Çünki Azərbaycan futbolunun inkişafı planlı şəkildə həyata keçirilir. İnanıram ki, yaxın illərdə daha böyük uğurlar qazanacağıq".
 
Səmimi qəbula görə Sadıq Sadıqova minnətdarlığını bildirən milli komandanın baş məşqçisi Berti Foqts klub rəhbərliyinin qarşıdakı planları ilə maraqlanıb. Həmçinin, qonaq "ağ-qaralar"a gələcək yarışlarda uğurlar arzulayıb: "Neftçi"nin bazasında gördüklərim məni məmnun etdi. Hazırda bu komanda Premyer Liqanın çempionu olmağa çox yaxındı. Ölkə çempionatında və yayda mübarizə aparacağınız avrokuboklarda sizə uğurlar arzulayıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.