11 aprel 2011 15:35
Yığmamız əvəzedici komandayla bacarmadı (FOTOLAR)
Şağan Olimpiya İdman Kompleksinin stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Abşeron” klubunun əvəzedici komandası arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Ruslan Nəsirli fərqlənib.
