11 aprel 2011 16:09

Tuyqun Nadirov: Mümkündü ki, Elnur əvəzedicilərdə oynasın

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Premyer Liqanın 26-cı turunun “Qarabağ”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran” final mərhələsində hələ qələbə qazana bilməyib. Nə baş verir?
- Bütün bunlarla əlaqədar olacaq, “Qarabağ”la oyundan sonra rəhbərlik və məşqçilər korpusu arasında görüş keçirildi. Burda son uğursuzluqları və daxili nizam-intizamın pozulması məsələlərini müzakirə etdik. Uğursuz nəticələri hakim səhvləri ilə bağlamaq olar. Bəzi oyunlarda isə bəxsizlik öz sözünü deyir. İstənilən halda günahı özümüzdə axtarırıq. Əsas müzakirə mövzusu bəzi futbolçularımızın daxili intizama əməl etməməsi idi. Biz belələrinə həm xəbərdarlıq etdik, həm də müəyyən para cəzası kəsdik. Daha ciddi ölçü götürülə də bilərdi. Rəhbərlik həmçinin Elnur Allahverdiyevin komandadan kənarlaşdırılması haqqında da qərar çıxardı. Hansı ki, dəfələrlə daxili intizam qaydalarını pozurdu.
 
- Bəs baş məşqçi Mirça Rednik buna necə reaksiya göstərdi?
- O, buna qarşı çıxmadı. Allahverdiyevin münasibəti sonda belə qərarın çıxarılmasına səbəb oldu.
 
- Onunla müqaviləni də pozmusuz?
- Xeyr. O, bizim oyunçumuz olaraq qalır. Sadəcə, əsas heyətdən uzaqlaşdırmışıq. Bundan sonrasına isə baş məşqçi qərar verəcək. Mümkündü ki, bundan sonra əvəzedici komandada oynasın.
 
- Deyilənlərə görə, onun qanında dopinq tapılıb...
- Bu, düz deyil. Burda söhbət futbolçunun öz işinə yanaşmasından gedir.
 
- Növbədə kimdi?
- Sadəcə Elnurun məsələsini müzakirə etdik. Başqa namizəd yoxdu və ümid edirəm ki, olmayacaq da.
 
- Son uğursuzluqları müzakirə edərkən nə nəticə çıxardınız?
- Komandamızın artıq 5 oyundu qələbə qazana bilməməsi təbii ki, bizi heç də qane etmir. Şübhsəz, biz nəticə tələb edirik. Çünki Mirça Rednikin komandasında görmək istədiyi bütün oyunçuları almışıq, hər bir şəraiti yaratmışıq. Hər oyun öncəsi komanda beş ulduzlu oteldə qalır. Hesab edirəm ki, Premyer Liqada heç bir klub bu qədər yaxşı şəraitə malik deyil.
 
- Çempionluq vəzifəsi hələ də qüvvədədi?
- Əlbəttə, bu, əsas vəzifəmiz olaraq qalır. Biz sona kimi mübarizəmizi davam etdirəcəyik.
 
- “Qarabağ”la oyundakı mübahisəli epizodla bağlı nə deyə bilərsiz?
- Mən artıq hakimlikdən danışmaqdan yorulmuşam. Özünüz nəticə çıxarın.
 
- Qurban Qurbanovla dalaşan şəxs həqiqətən “Xəzər Lənkəran”da çalışır, yoxsa o, adi azarkeş idi?
- Biz “Qarabağ”ın baş məşqçisinə dərin hörmət bəzləyirik. Mən rəsmən bəyan edirəm ki, bizim orda heç bir nümayəndəmiz olmayıb. Həmin şəxs heç rəsmi fan-klubumuzun da üzvü deyil. Biz onu heç tanımırıq da.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.