11 aprel 2011 16:39
Qurbanov: Başa düşürəm ki, xoşagəlməz hadisədi, amma...
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turunun “Xəzər Lənkəran”la oyunundan sonra yaranan qalmaqala münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, baş verən hadisə ilə bağlı bunları dilə gətirib:
“Mən heç onun lənkəranlı azarkeş olduğunu da bilmirdim. Bu haqda sonra xəbər tutdum. Xoşagəlməz hadisə idi. Mübahisə yarandı. Azarkeş yanımdan keçərkən dedi ki, "Neftçi" ilə belə oynasaydınız yaxşı olardı. Karyeram ərzində oyun alqı-satqısı ilə məşğul olmamışam ki, ünvanıma belə sözlər eşidim. Bu, mənim xoşuma gəlmədi. Öyrənmək istədim ki, o, bununla nə demək istəyir. Sonra isə kiçik dava düşdü, hansı ki, tez ayırdılar. Mən başa düşürəm ki, xoşagəlməz hadisədi. Ancaq azarkeş də bilməlidi kimlə, nə danışır? Mən və mənim komandam onun dediyi sözlərə layiq deyildi. Rəşad Sadıqova gəlincə, o, sadəcə bizi ayırmaq istəyirdi və əlim təsadüfən onun üzünə dəydi”.
