11 aprel 2011 17:09
Bəxtiyar Soltanov: Belə oyunla XL-ı keçə bilmərik
“Bakı”nın hücumçusu Bəxtiyar Soltanov Premyer Liqanın 26-cı turunun AZAL ilə oyunu (0:1) haqda fikirlərini açıqlayıb. “Zolaqlılar”ın son vaxtlar əsas heyət üzvünə çevrilən gənc forvardı azerisport.az saytına açıqlamasında bunları dilə gətirib:
“XL-la oyuna kimi hələ vaxtımız var. Ancaq biz belə oyunla ölkə kubokunun finalına çıxa bilmərik. Biz özümüzə gəlməyə borcluyuq. Göstərməliyik ki, futbol oynaya bilirik. Bizim sadəcə başqa çıxış yolumuz yoxdu. “Bakı”nın heyətində güclü futbolçular çıxış edir. Heyətimizə görə heç kimdən geri qalmırıq. Sadəcə meydanda normal oyun sərgiləyə bilmirik. Bizim məşqlərdə daha güclü məşq etməyimiz və kubokda qələbə qazanmağımız lazımdı”.
