11 aprel 2011 11:20

Rəşad Sadiqov: Neftçi çempionluğu asanlıqla əldən verməyəcək

“Qarabağ”ın kapitanı Rəşad Sadiqov Premyer Liqanın 26-cı turunun “Xəzər Lənkəran”la oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komandanız niyə XL-a qalib gələ bilmədi?
- Bizim lənkəranlılarla oyunlarımız həmişə ağır və maraqlı alınır. Ona görə də bu oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu görüş heç istisna olmayacaq. XL açıq futbol sərgiləyir. Məhz bu üzdən onlarla oynamaq həm də ləzzət edir.
 
- Bu görüşdə də elə oldu?
- Bütün oyunlarımız belə keçir. Sadəcə, bu görüşdə qol vura bilmədik. Amma qol vəziyyətləri az olmadı. Onların da, bizim də belə şanslarımız oldu.
 
- Komandanız birinci hissədə daha fəal görünürdü...
- Birinci hissədə daha açıq futbol sərgiləməyə çalışdıq. Çox qaçdıq, çalışdıq ki, nəticədə bir qədər yorğunluq da yarandı. Artıq ikinci hissənin ortalarından etibarən görünürdü ki, hər iki komanda artıq yorulub.
 
- “Neftçi” “İnter”lə oyunda xal itirdiyindən sizin cütlükdən qələbə qazanan komandanın liderə əsas rəqib olacağı gözlənilirdi...
- Ola bilsin ki, “Neftçi” çempion olacaq. Amma qarşıda hələ altı tur qalır ki, həmin oyunlarda həm XL-ın, həm də bizim kifayət qədər şansımız qalır.
 
- Deməli, hələ mübarizədən çəkilməmisiz?
- Mənə elə gəlir ki, “Neftçi” çempionluğu asanlıqla əldən verməyəcək. Fikrimcə, mənimlə elə XL-ın da futbolçuları razılaşar.
 
- Belə çıxır ki, artıq lənkəranlılarla gümüş medallar uğrunda mübarizəni düşünürsüz?
- Bu da bizim üçün pis nəticə olmazdı. Amma ən yaxşısı çempionatın qalibi olmaqdı. Hər halda şanslarımız var və sona kimi mübarizəmizi davam etdirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.