11 aprel 2011 11:51
Neftçi İbrahim Üzülməzi alır
“Neftçi” Türkiyənin “Beşiktaş” klubuna məxsus olan müdafiəçi İbrahim Üzülməzlə güclənə bilər. Azerisport.az xəbər verir ki, bu haqda sözügedən futbolçu özü məlumat verib.
Onun sözlərinə görə, hazırda ona Türkiyə Superliqasının əksər klubları ilə yanaşı “Neftçi”dən də təklif var. Lakin Üzülməz hazırda bu təklifləri dəyərləndirməklə məşğuldu.
Qeyd edək ki, İbrahim Üzülməz bu mövsümün gedişində komanda yoldaşı İbrahim Toramanı paltardəyişmə otağında vurduğuna görə o vaxtkı baş məşqçi Bernd Şuster tərəfindən qovulmuşdu. Hazırda isə o, azad agent statusu daşıyır.(Fanatik)
