14 aprel 2011 01:33

Çempionu ÇL-dən uzaqlaşdırdılar (YENİLƏNİB)

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
İlk oyun günü daha çox İngiltərə derbisi ilə əlamətdar olub. Yolları məhz 1/4 finalda kəsişən “Chelsea” və “Manchester United”dən birinin çıxışını erkən dayandıracağı öncədən məlum idi. Bu isə "zadəganlar" oldu. Hər halda "qırmızı şeytanlar" hələ səfərdə keçirilən ilk oyun zamanı qazandığı minimal hesablı qələbə ilə növbəti mərhələyə daha çox yaxın olduğunu sübut etmişdi. "Chelsea"nin bu yenilginin əvəzini "Old Trafford"da nə dərəcədə çıxa biləcəyini isə məhz cavab oyunu göstərmiş olacaqdı ki, onların buna gücü çatmadı. Buraxılan növbəti iki qolun müqabilindəki bir qol isə təsəllidən başqa nəyəsə yaramadı.
 
Bu komandalardan fərqli olaraq, İspaniya nəhəngi “Barcelona”nın işi elə də çətin deyildi. Çünki cari mövsümün sürpriz komandalarından olan “Shakhtar”la ilk qarşılaşmada demək olar ki, cütün taleyinə tam aydınlıq gəlmişdi. Rəqibini böyük hesabla darmadağın edən Kataloniya klubu səfər oyununu formallığa çevirmişdi. Hər halda Ukrayna təmsilçisinin möcüzə edəcəyinə inananlar çox az idi və belə də oldu. Əksinə səfərdə də minimal hesablı qələbə qazanan kataloniyalılar istəklərinə tam nail oldular.
 
İkinci oyun günündə isə son çempion “İnter”in turnirlə erkən vidalaşıb-vidalaşmayacağına aydınlıq gəlmiş oldu. Axı İtaliya təmsilçisi doğma meydanda heç kimin gözləmədiyi bir yenilgiylə üzləşmişdi. Doğma meydanda "Schalke"dən 5 top buraxan italyanların işi sadəcə möcüzəyə qalmışdı. Düzdü, onlar ötən mərhələdə Almaniyanın digər təmsilçisi "Bayern"ə də doğma meydanda uduzduqdan sonra səfərdə bunun əvəzini çıxmağı bacarmışdı. Lakin bu dədə "Schalke" Münhen klubunun qisasını almağı bacardı. Özü də doğma meydanda da qələbə qazanmaqla. Beləcə, ötən mövsüm bu turnirin qalibi olmuş italyanlar artıq ÇL ilə vidalaşmalı oldular.
 
“İnter”ə ötən mövsüm ÇL-i qazandırmış Joze Mourinyonun hazırkı komandası “Real”ın işi isə asan idi. Madrid təmsilçisi “Tottenham”lə ilk oyunda asan qələbəyə sevinmişdi. Mourinyonun yetirmələri İngiltərə klubu üzərində darmadağınla demək olar ki, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmişdi. Maraqlıdı ki, Jozenin yetirmələri səfər matçında da qələbə qazanmaqla, rəqibinə heç bir şans tanımadı.
 
Çempionlar Liqası
1/4 final (cavab oyunları)
12 aprel
 
Manchester United (İngiltərə) – Chelsea (İngiltərə) - 2:1 (İlk oyun - 1:0)
Qol: Ernandes, 44, Park, 78 - Droqba, 77.
Matçın 70-ci dəqiqəsində qonaqların oyunçusu Ramires qırmızı vərəqə alır
 
Shakhtar (Ukrayna) – Barcelona (İspaniya) - 0:1 (1:5)
Qol: Messi, 43.
 
13 aprel
 
Schalke (Almaniya) - Inter (İtaliya) - 2:1 (5:2)
Qollar: Raul, 45, Hövedes, 81 - Tyaqo Motta, 50.
 
Tottenham (İngiltərə) - Real (İspaniya) - 0:1 (0:4)
Qol: Ronaldo, 50.
 
Qeyd edək ki, yarımfinal mərhələsində "Barcelona"  "Real", "Manchester United" "Schalke" ilə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.