11 aprel 2011 12:14
Turan və Qarabağ`ın məşqçiləri maaşlarını ala bilmir
“Turan”ın baş məşqçisi Naci Şensoy, eləcə də “Qarabağ”ın fiziki hazırlıq üzrə çalışdırıcısı Çudomir Çakarov Bolqarıstanın “Lokomotiv” klublarından qalan maaşlarını hələ də ala bilməyib. Azerisport.az xəbər verir ki, hər iki mütəxəssis artıq xeyli vaxtdı Plovdiv təmsilçisindən ayrılsa da, sözügedən klubun rəhbərliyi artıq ölkəmizdə çalışan Şensoyla Çakarovun haqqın tapdalamaqda davam edirlər.
Artıq Bolqarıstan mətbuatı bu mütəxəssislərin “Lokomotiv”dəki borclarını almaq üçün məhkməyə müraciət etməsini də istisna etmir. Maraq üçün qeyd edək ki, “dəmiryolçular”un Şensoya 16 000 bolqar levi dəyərind borcu olduğu bildirilir. Bu isə, təxminən 8-9 000 avro deməkdi.
