11 aprel 2011 00:35
Elnur Allahverdiyev XL-dan qovuldu
Bu gün “Qarabağ” - “Xəzər Lənkəran” oyunundan sonra cənub təmsilçisinin rəhbərliyinin və baş məşqçi Mirça Rednikin iştirakı ilə bir neçə saatlıq iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda komandanın son turlarda qələbə qazana bilməməsinin səbəbləri araşdırılıb.
Son olaraq bir neçə qərar qəbul olunub. Onlardan birinə əsasən Elnur Allahverdiyev “Xəzər Lənkəran” Futbol Klubunun əsas heyətindən uzaqlaşdırılıb. Buna səbəb adı çəkilən futbolçunun mütəmadi olaraq klubun daxili intizam qaydalarını pozmasıdı. Lakin bu intizamsızlığın konkret nədən ibarət olması barədə açıqlama verilmir.
