12 aprel 2011 13:01
Abşeron Cüneyt Biçəri gətirəcəyinə dair xəbərləri təkzib etdi
Ötən həftə birinci divizionda çempionluğunu elan edən və Premyer Liqaya çıxışını rəsmiləşdirən “Abşeron” bəyanat yayıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi postunda Mirbağır İsayevin əvəzində Cüneyt Biçərin gətiriləcəyinə dair xəbəri təkzib edib.
"Abşeron" futbol klubu bəzi mətbuat orqanlarında türk mütəxəssis Cüneyt Biçərin yaxın vaxtlarda komandanın baş məşqçisi postuna gətiriləcəyilə bağlı məlumatlara münasibət bildirərək bəyan edir ki, yayılan informasiyalar həqiqəti əks etdirmir. "Abşeron"un baş məşqçisi Mirbağır İsayevlə uzunmüddətli əməkdaşlıq barədə razılaşma mövcuddu və bu barədə klubun prezidenti Yaşar Rüstəmov yaxın günlərdə ölkə mətbuatına verdiyi müsahibələrində xüsusi vurğulayıb. Bundan başqa klubun prezidenti media nümayəndələrinə müracıət edərək "Abşeron" barədə yer alan şaiyə xarakterli informasiyaları klub rəsmilərindən dəqiqləşdirməyi xahiş edib. Cüneyt Biçərin "Abşeron"a gəlişiylə bağlı xəbərə gəldikdə, öz tərəfimizdən bildiririk ki, klub rəsmilərindən heç kim türk mütəxəssisiylə qarşılıqlı əməkdaşlıq barədə heç bir danışıqlıqlar aparmayıb və bu yaxın perespektivdə heç nəzərdə də tutulmayıb. "Abşeron" FK baş məşqçi Mirbağır İsayevlə uğurlu iş birliyindən məmnundu və bu birgə əməkdaşlığı inikişaf etdirməkdə maraqlıdı".
