12 aprel 2011 13:42

Ramiz Məmmədov: Qazaxlar hələ bizim nəyə qadir olduğumuzu bilmirlər

Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytının bir sıra suallarını cavablayıb.
 
- “Atırau”nun son uğursuzluqlarının səbəbi nə ilə bağlıdı?
- Son oyunda biz səfərdə çıxış edirdik və bilirdik ki, çətin olacaq. Meydançanın da vəziyyəti pis gündə idi. Həmçinin qapıçımızın da zəif çıxışı xüsusi vurğulanmalıdı. Demək olar ki, hər iki hissədə xeyli səhvlərə yol verdi. Bundan əlavə iki qol vursaq da, hakim bunları saymadı. Nəticədə də xalsız qaldıq.
 
- Hər iki qolu qaydalar çərçivəsində vurmuşduz?
- İkincisi yüz faiz qol idi. Amma hakim saymadı.
 
- Siz artıq bununla bağlı etirazınızı bildirmisiz?
- Oyundan sonra biz hakim-inspektorla videotəkrara baxdıq və o da bizim haqlı olduğumuzu təsdiqlədi. Əgər həmin qolumuz hesaba alınsaydı, ondan sonra ən axı xal qazanmaq üçün 40 dəqiqə vaxtımız olacaqdı. Buna baxmayaraq, komandamın oyunundan razıyam. Qapıçı istisna olmaqla.
 
- Bəlkə onu dəyişməyin vaxtıdı?
- Altı oyundan 5-də bu qapıçı çoxlu səhvlərə yol verib. Türkiyə toplanışı vaxtı o çox yaxşı təsir bağışlayırdı və buna görə əsas qapıçı seçdim. Lakin son oyun göstərdi ki, o, formada deyil. Bu qədər səhvdən sonra biz onu cərimə etməyə bilmərik. Bundan sonra ikinci qapıçını sınamalı olacam. Kapitanımız və daha iki əlavə oyunçumuz da bizə kömək edə bilmir. Reqlamentə əsasən hər oyunda da 20 yaşadək olan bir futbolçu meydana buraxmalısan. Bu oyunçular da zədəlidilər. Belədə mən onların əvəzində meydana 1992-93-cü il təvəllüdlü futbolçuları buraxmalı olacam. Onları təcrübəsi, mənim isə seçim imkanım azdı.
 
- “Atırau” hələlik öz oyununu tapa bilmir. Nə problem var ki?
- Fikrimcə, zamanla hər şey daha yaxşı olacaq. Unutmamalıyıq ki, biz 5 oyunumuzu səfərdə keçirmişik. Qarşıda heç də az olmayan ev oyunlarımız var ki, həmin qarşılaşmalarda özümüzü göstərməyə borcluyuq. Sadəcə bəxtsizlik və hakim səhvləri də sözünü deyir. Hətta qapıçımızı da cəzalandırsaq belə, bilirik ki, itirilən xallarımız geri qayıtmayacaq. “Atırau”nun özündə heç bir problem yoxdu. Gələcək oyunlarda görəcəksiz ki, biz necə oynayırıq.
 
- Siz bilirsiz ki, qazaxıstanlı futbolçulardan biri AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycanı “dağıdacaqlar”ını deyib?
- Demək ayrıdı, bunu həyata keçirmək ayrı. Bu sözlərdə böyük emosiya olduğu hiss edilir. Heç onun özünün yığmamıza qarşı oynayıb-oynamayacağı və ya komandasının necə çıxış edəcəyi də dəqiq deyil. Onlar üçün yığmamızla oyun çətin olacaq. Onlar hələ yığmamızın nəyə qadir olduğunu bilmirlər. Oyundan öncə hamı qələbədən dəm vurur, amma meydanda bunu tətbiq etmək hər kəsə nəsib olmur.
 
- Artıq Qazaxıstan çempionatında 6 oyun keçirmisiz. Azərbaycan çempionatı ilə nə kimi fərqlər görə bilmisiz?
- Burda futbolçuların fiziki hazırlığı daha yaxşı səviyyədədi. Azarkeşlər də stadiona çox gəlir. Burda daha çox azarkeş var, nəinki bizdə. Baxmayaraq ki, Azərbaycanda futbolu daha çox təbliğ edirlər, amma azarkeşlərin oyunlara gəlmə sayı bizdə azdı. Burdakı oyunların hamısında anşlaq olur.
 
- Azərbaycan çempionatını izləyirsiz?
- İnternetlə “İnter” – “Neftçi” qarşılaşmasını izlədim. Son turun nəticələri ilə tanış oldum. Hər şey “Neftçi”nin çempionluğuna doğru gedir. Mən proqnoz verməyi xoşlamıram. Amma əgər “Qarabağ” və “Xəzər Lənkəran” liderin xal itkisindən yararlana bilmirsə, onda “ağ-qaralar” çempionluq şansını saxlamış olacaq. Hələ hər şey dəyişə də bilər. Amma yenə “Neftçi” çempionluğa digərlərindən daha çox yaxındı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.